Bakı. Trend:
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonu ərazisindən 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.
Araşdırmalar aparılır.