Bakı. Trend:
Xaçmaz rayonunda Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 40-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının
müavini Günel Nürəddinova, Rayon Mərkəzi Xəstəxanası, Publik Hüquqi
Şəxsin direktoru Səyyaf Tağıyev, qabaqcıl tibb və təhsil işçiləri
iştirak ediblər.
İştirakçılar Zərifə xanımın adını daşıyan məktəbdə görkəmli alimin
büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad
ediblər.
Zərifə Əliyeva adına muzeydə akademikin həyat və yaradıcılığına həsr olunmuş fotostendlərə baxış keçiriblər.
Zərifə xanım Əliyeva qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, peşəkar həkim olmaqla yanaşı, böyük alim kimi xatirələrdə yaşayır.