Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Bakının Nərimanov rayonunda dördmərtəbəli binada güclü yanğın baş verib. Respublika Baş Dövlət Yangından Mühafizə İdarəsindən cümə günü Trend ə bildirilib ki, Təbriz küçəsi 17-də, "Təfəkkür" Universitetinin yanındakı dördmərtəbəli binanın dördüncü mərtəbəsində baş vermiş yanğın bir saatdan sonra söndürülüb. Yanğın baş verən mənzildəki iki azyaşlı uşağı xilas etmək mümkün olub.Hadisə yerinə 2-ci çağırışla səkkiz yanğısöndürən maşın cəlb olunub və yanğının digər mərtəbələrə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbi və yanğının əhatə etdiyi sahə öyrənilir.