...

Bakıda sahə müvəkkilinə və onun həyat yoldaşına atəş açılıb (video)

Hadisə Materials 21 Noyabr 2007 12:40 (UTC +04:00)
Bakıda sahə müvəkkilinə və onun həyat yoldaşına atəş açılıb (video)

Azərbaycan, Bakı / Trend E.Hüseynli, K.Zərbalıyeva/ Bu gün Bakının Səbail rayonunda qətl hadisəsi törədilib. Səbail rayon prokurorluğundan Trend ə verilən məlumata görə, paytaxtın 20-ci sahəsində, Səbail rayonunun 8-ci polis şöbəsinə daxil olan odlu silahla silahlanmış şəxs atəş açaraq polis əməkdaşları İmdad Nəzərovu və Aydın Quliyevi yaralayıb və həmin vaxt məntəqədə olan makler Müslim Cəbrayılovu isə qətlə yetirib. Daha sonra cinayətkar sahə müvəkkili Zakir Sadığovun evinə gedərək sahə müvəkkilini və onun həyat yoldaşını yaralayıb.

Faktla bağlı istintaq aparılır. Hadisənin səbəbinin və cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Xəbər lenti

Xəbər lenti