...

Gəncədə yeni istifadəyə verilən ticarət mərkəzində yanğın baş verib

Hadisə Materials 26 Noyabr 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhərində yeni istifadəyə verilən ticarət mərkəzində yanğın baş verib. Trend in bölgə müxbiri bazar ertəsi bildirib ki, noyabrın 26-na keçən gecə saat 04.00 radələrində Gəncənin yeni istifadəyə verilən "Nəhəng Daş" Ticarət Mərkəzində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən bildiriblər ki, iki saat davam edən yanğın zamanı 600 kvadratmetr ərazisi olan 56 ticarət köşkü tamamilə yanıb. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti