Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Siyəzən rayonunda yanvarın 8-nə keçən gecə kütləvi zəhərlənmə qeydə alınıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə axşamı jurnalistlərə bildiriblər ki, şəhərin M.Əzizbəyov küçəsində yaşayan Bənövşə Kazımova, Bilurə Sadıqova, Aytən Kazımova, Fidan Sadıqova, Tahir Sadıqov, Hüseyn Sadıqov, Səadət Sadıqova və Rüfət Kərimov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Siyəzən rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, xəstələrin vəziyyəti qənaətbəxşdir. Hazırda zəhərlənmənin hansı qida məhsulundan baş verdiyi araşdırılır.