...

Naxçıvanda zəlzələ qeydə alınıb

Hadisə Materials 5 Fevral 2008 17:42 (UTC +04:00)
Naxçıvanda zəlzələ qeydə alınıb

Azərbaycan, Bakı, 05 fevral / müxbir E.Hüseynli/ Naxçıvan Muxtar Respublikasında fevralın 5-də saat 17:30 radələrində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor müavini Qurban Yetirmişli çərşənbə axşamı Trend ə bildirib ki, zəlzələnin mərkəzi episentri İran ərazisində olub. Naxçıvan MR-də isə, zəlzələ 2 bal gücündə hiss olunub.

Bu il Azərbaycanda artıq bir hiss olunan zəlzələ qeydə alınıb. Yanvarın ortalarında mərkəzi episentri Şəki şəhərində olan zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.

Yetirmişli deyib ki, Naxçıvanda baş verən zəlzələ zamanı hər hansı dağıntı və tələfat qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti