...

Qazaxda məktəbli intihar edib

Hadisə Materials 8 Mart 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Qazax, 08 mart / Trend ", müxbir N.Fətullayeva/ Qazax rayonunda 17 yaşlı gənc intihar edib. Qazax rayon polis şöbəsi rəisinin müavini Ədalət Qasımov şənbə günü Trend ə bildirib ki, rayonun Canalı kənd sakini, 17 yaşlı Cavad Azər oğlu Qasımov yaşadığı evin həyətindəki tavandan özünü asıb.

Canalı kənd orta məktəbinin 11-ci sinfində oxuyan Qasımovun yaxınları bildiriblər ki, o, hər hansı xəstəlikdən əziyyət çəkməyib.

Qazax rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

Qazax paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti