...

Azərbaycanda dərman zəhərlənməsindən iki nəfər ölüb

Hadisə Materials 17 Mart 2008 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend ", müxbir E.Hüseynli/ Azərbaycan paytaxtında martın 16-da dərmandan zəhərlənmədən bir nəfər ölüb. Bu barədə bazar ertəsi Trend "a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Səhiyyə Nazirliyi apteklərdə keyfiyyətsiz dərmanların satışının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirir.

DİN-dən bildiriblər ki, paytaxtın Yasamal rayonundakı 1-ci Alatava ev 84 ünvanında yaşayan Vüqar Əliyev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Həmin gün Xaçmaz rayonunun Yalama kənd sakini Ruhiyyə Xanməmmədova da evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mart ayının 1-dən etibarən dərman preparatları yalnız qeydiyyatdan keçirilməklə Azərbaycana idxal olunur.

Xəbər lenti

Xəbər lenti