...

Azərbaycanda torpaq sürüşməsi baş verib

Hadisə Materials 25 Aprel 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 25 aprel / Trend , müxbir P.Əliyeva/ Masallının Güllütəpə kəndində sürüşmə təhlükəsi var. Rayon İcra Hakimiyyətinin kənd nümayəndəliyindən Trend a bildirilib ki, 160 ərazini əhatə edən sürüşmə zolağında 11 ev yerləşir. Ərazinin 2 ha-ri isə aktiv sürüşmə zonası hesab olunur.

Aprelin 17-də həmin evlərdə yaşayan ailələrin 4-ü təhlükəsiz zonaya köçürülüb, 7 ailənin isə köçürülməsinə qərar verilib.

Sürüşmə ehtimal olunan zonada isə 23 ev yerləşir.

Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri bir neçə gün öncə Güllütəpə kəndində olub, sürüşmə ərazisinə baş çəkiblər. Sürüşmənin səbəbini öyrənmək üçün torpaqdan nümunələr götürülüb. Mayın sonunda sürüşmənin səbəbi müəyyənləşdiriləcək.

Kənd sakinləri bildirib ki, ötən il avqustda kənddə havalar quraqlıq keçib, qışda isə 20 dərəcə şaxta olub. Sakinlər sürüşməni bununla əlaqələndirirlər. Həmçinin sakinlər deyib ki, torpağın 150 metr dərinliyində çay yatağı var və bu da sürüşməyə səbəb ola bulər.

Ümumi sahəsi 554 ha olan kənd Masallının 18 kilometrliyində yerləşir.

Kəndin 2400 nəfər əhalisi var.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti