...

Azərbaycanın cənubunda meşə zolağı yanıb

Hadisə Materials 7 Avqust 2008 20:37 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 07 avqust / Trend , müxbir P.Əliyeva/ Saat 14:30- da Lənkəranın Separadi kənd ərazi nümayəndəliyinə daxil olan məlumata əsasən, Tukəvilə kəndində "Baba Səməd" adlanan meşə ərazisində yanğın baş verib. Lənkəran Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsində Trend - un bölgə müxbirinə bildiriblər ki, iki yanğınsöndürən maşın hadisə yerinə gəlib. Təxminən iki hektar ərazini əhatə edən yanğının qarşısını almaq iki saatadək alınıb. Meşədə qiymətli dəmirağacı, palıd, vələs ağaclarına ziyan dəyib. Lakin yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının söndürülməsində kənd əhalisinin də köməyindən istifadə olunub. Kənd sakinlərinin bildirdiyinə görə, yanğın zamanı maraqlı hadisə baş verib - burada yerləşən Baba Səməd türbəsinə heç bir ziyan dəyməyib. Yanğına səbəb kimi odla ehtiyatsızlıq göstərilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti