...

Azərbaycanın Nardaran qəsəbəsində axtarışda olan Cabbarovlar öldürüldü (yenilənib)

Hadisə Materials 12 Avqust 2008 19:07 (UTC +04:00)
Azərbaycanın  Nardaran qəsəbəsində axtarışda olan Cabbarovlar öldürüldü (yenilənib)

Azərbaycan, Bakı 12 avqust / , müxbir S.Kazımlı Azərbaycanın paytaxtında silahlı atııma olub.

Sabunçu Rayon Prokurorluğundan çərşənbə axıamı Trend -a verilən məlumata görə, avqustun 11-də saat 20.00 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində, qəsəbə sakini 23 yaşlı Zülfüqar Əmirxan oğlu Cabbarov aralarında baş verən mübahisə zamanı həmkəndlisi Sahib Süleyman oğlu Salmanovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusa odlu silahdan atəı açıb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı saxlanılan yoxdur.

Trend -un arayışı: Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılaraq, barəsində axtarış elan olunan Nardaran qəsəbəsinin Abşeron küçəsində yaşayan Cabbarovun tutulması üçün 2008-ci ilin fevral ayının 20-dən 21-nə keçən gecə polis əməkdaıları əməliyyat tədbirləri həyata keçirərkən Z. Cabbarov polisə silahlı müqavimət göstərib və nəticədə 14 -cü polis bölməsinin rəis müavini Zaur Bədəlov baş nahiyəsindən güllə yarası alıb. Z. Cabbarov hadisə yerindən qaçıb.

Mart ayında Sabunçu RPİ-nin 14 - cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Nardaran qəsəbəsinin sakini, Cabbarovun qardaşı, 1988 - ci il təvəllüdlü Vüqar Əmirxan oğlu Cabbarov tutulub. Daxili İılər Nazirliyinin mətbuat xidmətinin əməkdaıı Ehsan Zahidov bildirib ki, V.Cabbarovun üzərindən 1 ədəd qundağı kəsilmiş ov tüfəngi, 6,19 qram marixuana aşkarlanıb. Onun tutularkən polisə müqavimət göstərdiyini, polis əməkdaşlarının xidməti avtomobilinin şüşələrini sındırdığını deyən E.Zahidov bildirib ki, V.Cabbarova qarşı Cinayət Məcəlləsinin xuliqanlıq (221-ci), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrin, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) ,qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234-cü) maddələri ilə cinayət işi başlanıb.

Mart ayının 16 -da saat 8 radələrində Z. Cabbarovun yaxalanması məqsədilə Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının yenidən keçirdikləri əməliyyat tədbirləri zamanı Z.Cabbarovun atası Əmirxan Cabbarov polis əməkdaşları istiqamətində avtomat silahdan atəş açaraq, hadisə yerindən qaçıb. Əməliyyat zamanı polis bölməsinin sahə müvəkkili Aydın Şirəliyev hasarı aşarkən yıxılıb və qol nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zülfüqar Cabbarov barəsində Sabunçu Rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci), adam öldürməyə cəhd (29, 120) və qanunsuz olaraq oldu silah, onun komplekt hissələrin, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Polis bu gün Cabbarovların tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdiriib. DİN Baş mütəşəkkil Cinayətkarlıqdla Mübarizə İdarəsi Nardaran və Maştağa qəsəbələrində cinayətkarların tutulması üçün əməliyyat tədbirlərini davam etdirib.Atışmada ölən və yaralananların olduğu bildirilir.Son məlumata 3 mülki şəxs öldürülüb. Onların arasnda olan Zülfüqar və Əmirxan Cabbarovlar aldıqları güllə yarasından ölüblər. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.Onların qohumu Aqil Elşad oglu Muxtarov yaralanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti