Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir K. Zərbalıyeva/ Bakının Xətai rayonu ərazisində baş vermiş partlayışla bağlı cinayət işi açılıb.
Bakı şəhər prokurorluğundan Trend -a verilən məlumata görə, cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi aparır.
Məlumata görə, cümə günü Məzahir Rüstəmov küçəsi 3 ünvanında, 138 saylı məktəbin arxasında elektrik transformator məntəqəsində baş vermiş partlayış məntəqəyə quraşdırılməş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Partlayış nəticəsində məntəqədə olan "Bakıelektrikşəbəkə"nin Xətai rayon şöbəsinin 2 əməkdaşı --Kamal Bayromov və Elmar İsmayılov həlak olublar, 3 nəfər isə xəsarət alıb. Yaralılardan biri- Nizami rayon sakini, 57 yaşlı Cəsur Məmmədov bədənin müxtəlif hissələrinin qəlpə yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hüquq- mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.
Avqustun 17- də isə Bakının Nərimanov rayonu ərazisindəki Əbu-Bəkr məsçidində partlayış törədilib, nəticədə 2 nəfərhəlak olub , 19 nəfər yaralanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]