...

Bakıda naməlum kişi meyidi tapılıb

Hadisə Materials 9 Sentyabr 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Suraxanı rayonu ərazisində naməlum kişi meyiti tapılıb.

Suraxanı rayon Prokurorluğundan çərşənbə axşamı Trend -a verilən məlumata görə, avqustun 8 -də saat 13:00 radələrində Suraxanı rayonu ərazisində yerləşən Qum Adasının yaxınlığında suyun içərisində təxminən 40 -50 yaşlı naməlum kişi meyidi aşkar edilib.

Rayon Prokurorluğundan bildiriblər ki, cəsədin üzərində avtomobil açarı aşkar edilib. Açarın "Mercedes- 190" markalı avtomobilin olması ehtimal olunur.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti