...

Gəncədə 13 yaşlı güləşçi məşq zamanı dünyasını dəyişib

Hadisə Materials 10 Sentyabr 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Gəncə, 10 sentyabr/ TrendLife , müxbir V.Məmmədov / Çərşənbə günü Gəncədə 13 yaşlı güləşçi məşq zamanı dünyasını dəyişib. Bu barədə Trendlife-a Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsün Hüseynov məlumat verib. Onun sözlərinə görə, hadisə saat 10 radələrində "Zenit" İdman Cəmiyyətinin Gəncə şəhər şöbəsində məşq zamanı baş verib.

1995-ci il təvəldülü Əsgərov Səməd məşq zamanı yerə yıxılaraq özündən gedib. Hədisə şahidlərinin sözlərinə görə, təcili tibbi yardıma xəbər vverilsə də, həkimin hadisə yerinə gec gəlməsi güləşçinin düynasının dəyişməsinə səbəb olub.

Hazırda Gəncə şəhər Prokurorluğunun əməkdaşları faktla bağlı tibbi ekspertiza əməliyyatı keçirirlər.

Xəbər lenti

Xəbər lenti