...

Azərbaycan paytaxtında "Orbit" firmasına məxsus avtomobildən oğurluq olub

Hadisə Materials 13 Sentyabr 2008 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında "Orbit" firmasına məxsus avtomobildən oğurluq edilib.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsindən şənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 11-də saat 15:00 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Yaşar İsmayılovun idarə etdiyi və "Orbit" firmasına məxsus "VAZ- 2107" markalı avtomobilin yük yerindən dəyəri 1200 ABŞ dollar olan "Orbit" saqqızları oğurlanıb.

Polis bölməsindən bildiriblər ki, hazırda oğurluq edən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nərimanov RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başalnılıb, istinataq aparılır.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti