...

Azərbaycanın qərbində yeniyetmələr arasında yaranan münaqişə ölümlə nəticələnib

Hadisə Materials 25 Sentyabr 2008 10:40 (UTC +04:00)

Azərbaycan, Gəncə, 25 sentyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində yeniyetmələr arasında yaranan münaqişə ölümlə nəticələnib.

Gəncə şəhər Prokurorluğunun müstəntiqi Vəli Mustafayev cümə axşamı Trend -a bildirib ki, sentyabrın 24-dən 25-nə keçən gecə saat 01:00 radələrində şəhərin "Metallurq" qəsəbəsində yaşayan 1991- ci il təvəlüdlü Taleh Mehman oğlu Məmmədov həmyaşıdı Orxan Mahir oğlu Həsənli ilə mübahisə edib. Nəticədə Həsənli bıçaqla Məmmədovun ürək nahiyəsinə zərbələr endirib.

Ağır vəziyyətdə Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan Məmmədov orada dünyasını dəyişib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti