...

Bakıda marşrut avtobusu aşıb, xəsarət alanlar var

Hadisə Materials 4 Oktyabr 2008 11:11 (UTC +04:00)
Bakıda marşrut avtobusu aşıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın paytaxtında 88 nömrəli sərnişin avtobusu aşıb.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində, Azadlıq prospekti ilə Həsən Əliyev prospektinin kəsişməsinin yaxınlığında sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar olub.

Kliniki Tibbi Mərkəzdən bildiriblər ki, qəzada xəsarət alanlardan 5 nəfər xəstəxanaya gətirilib. Onlardan 4 nəfər ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, bir nəfər isə stasionar müalicəyə cəlb olunub.

Nərimanov rayon Polis İdarəsi və Prokurorluğu qəza barədə məlumatsız olduğundan hadisə ilə bağlı əlavə məlumatlar əldə etmək mümkün olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti