...

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib

Hadisə Materials 17 Oktyabr 2008 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Sabunçu rayonunda naməlum şəxslər taksı sürücüsünə qarşı quldurluq ediblər.

Sabunçu rayon Polis İdarəsinun (RPİ) 12 - ci polis bölməsindən cümə günü Trend - a verilən məlumata görə, oktyabrın 16 - da saat 23:00 radələrində üç nəfər naməlum şəxs rayon ərazisində Bakı sakini Samir Musayevin taksi kimi istifadə etdiyi "VAZ - 2107" markalı avtomobilə əyləşərək, onları Balaxanı qəsəbəsinə aparmağı xahiş ediblər. Balaxanı qəsəbəsinə çatanda sərnişinlərdən biri əlindəki bıçağı sürücünün boğazına dirəyərək, onun pullarını alıb hadisə yerində qaçıblar.

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilib tutulması üçün polis əməkdaşları tərəfindən əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Sabunçu RPİ - də Azərbaycan Cinayət Məcəlləsinin quldurluq (181 - ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti