...

Azərbaycanda əsgər hərbçi yoldaşını qətlə yetirib

Hadisə Materials 8 Noyabr 2008 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 noyabr / Trend , K.Zərbalıyeva/ Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində dünən gecə saatlarında əsgər öz əsgər yoldaşını qətlə yetirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend -a bildiriblər ki, əsgər 1989 - cu il təvəllüdlü Qurban Məmməd oğlu İbrahimov dünən gecə postda olarkən əlindəki xidməti avtomat silahdan açılan atəş nəticəsində öz əsgər yoldaşı Sərxan Salman oğlu Neymətovu öldürüb.

Faktla bağlı cinayt işi açılıb, hadisənin səbəbləri araşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidməti hansı maddə ilə cinayət işininin başlandığı barədə məlumat verməyib.

İbrahimov 2008 - ci ildə Şərur rayon Hərbi Komissarlığından, Neymətov isə 2007 - ci ildə Xaçmaz Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti