Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanda axtarışda olan şəxs Ukraynada tutulub. Tutulan şəxs Bakıda quldurluq hadisəsi törətməkdə təqsirli bilinir. Bu barədə Sabunçu rayon Polis İdarəsindən cümə axşamı Trend -a məlumat verilib.
RPI-dən bildiriblər ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2002-ci ildən Sabunçu RPİ-də Azərbaycan Cinayət Məcəlləsinini quldurluq (181-ci) maddəsi ilə barəsində dövlətlərarası axtarış verilən 49 yaşlı Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zahid Şixəli oğlu Əhmədov Kiyev şəhərində tutulub. Hazırda onun ekstradisiya məsələsi həll olunur.
Əhmədov qeyd olunan ildə Yasamal rayonunun ərazisində quldurluq hadisəsi törədib. Əhmədovun törətdiyi hadisə ilə bağlı istintaq Bakı şəhər Prokurorluğunda aparılır.
RPİ-dən əlavə ediblər ki, həmin il Əhmədovun qardaşı Etibar Əhmədov Nardaran qəsəbəsində polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün onun barəsində də axtarış elan olunub və ötən il polislər tərəfindən tutularaq istintaqa təhvil verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]