...

Azərbaycandakı həbsxanaya qozun içində narkotika keçirmək istəyən şəxslər saxlanılıb

Hadisə Materials 6 Dekabr 2008 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycandakı həbsxanaya qozun içində narkotika keçirmək istəyən şəxslər saxlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən şənbə günü Trend -a verilən məlumata görə, dekabrın 5 - də saat 12 radələrində Qobustan həbsxanasında cəza çəkən məhkum Samir Kərimova qardaşı Rəşad Kərimov və qohumu Əlövsət Əhmədovun gətirdiyi sovqata onların iştirakı ilə baxış keçirilərkən, 4 ədəd qozda xalis çəkisi 9,5 qram olan qurudulmuş marixuana aşkarlanıb.

Saxlanılan şəxslər və aşkarlanmış marixuana Qobustan rayon polis şöbəsinə təhvil verilib və faktla bağlı cinayət işi aiılıb, istintaq aparılır.

Məhkum Samir Kərimov Cinayət Məcəlləsinin quldurluq (181.3.2), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326.2), qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.4) maddələri ilə təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti