...

Bakıda baş verən partlayışla bağlı üç nəfər saxlanılıb

Hadisə Materials 14 Dekabr 2008 18:17 (UTC +04:00)
Bakıda baş verən partlayışla bağlı üç nəfər saxlanılıb

Azərbaycan, Bakı, 14 dekabr/ Tren , müxbir S.Kazımlı, K.Zərbalıyeva/ Bakıda yaşayış binasında partlayışla bağlı 3 nəfər şübhəli şəxs qismində saxlanılıb, bazar günü Trend -a Nizami rayon prokurorluğundan məlumat veriblər.

Şənbə günü səhər Bakının Nizami rayonu, Naxçıvani 34 ünvanında, ticarət bazarının qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Nəticədə binanın bir girişi tamamilə dağılıb.

Partlayışın səbəbləri üzərində aparılan araşdırmalar əsas versiyanın qaz sızması olduğunu göstərir.

Faktla bağlı Azərbaycan CM-nin tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, eytiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olduqda maddəsi (222.3) üzrə cinayət işi qaldırılıb.

Nizami rayon prokurorluğunun məlumatına görə, saxlanılan şəxslər - biri usta və iki fəhlə dördüncü mərtəbədə təmir işləri aparırdılar.

İstintaqın getdiyi üçün onların adları açıqlanmır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti