...

Azərbaycanın Oğuz rayonunda 6 uşaq atası intihar edib

Hadisə Materials 30 Dekabr 2008 12:04 (UTC +04:00)

Azərbaycan, Şəki, 30 dekabr / Trend müxbir S.Fətəliyev/ Azərbaycanın şimal-qərbində yerləşən Oğuz rayonunda (paytaxt Bakıdan 330 kilometr aralı) 6 uşaq atası bu gün maddi imkansızlıqdan intihar edib.

Trend -un məlumatına görə, rayonun Xaçmazqışlaq kənd sakini Məhərrəmov Nurbala Nurqələm oğlu yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

48 yaşlı Məhərrəmov kənd məktəbində təsərrüfat müdiri işləyirdi. İlkin ehtimala görə, Məhərrəmovun intihar etməsinə səbəb maddi imkansızlıq olub.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb.

Trend -un arayışı: Ötən gün həmin regionda yerləşən Şəkinin Baş Laysk kənd sakini 1936-cı il təvəllüdlü Səlimova Südabə Seyfi qızı özünü yaşadığı evin eyvanından asaraq intihar edib.

Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəylinin verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 1 milyon adam özünü öldürür. Bu rəqəmin təxminən 1 faizi Azərbaycanın payına düşür.

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, dünyada intiharların sayına görə, birinci yeri Macarıstan və İsveç bölüşür. Son iki ildə Azərbaycanda da belə statistika aparılır.

Baş psixiatrın sözlərinə görə, dünyada özünə qəsd edən insanların təxminən 15 faizi psixi xəstədir.

İntihar üzrə dünyada cavanlar arasında qadınlar, orta yaşlılar arasında isə kişilər üstünlük təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]       

Xəbər lenti

Xəbər lenti