...

Somalidə əsir götürülmüşlər arasında Azərbaycan vətəndaşı da var – FAO (ƏLAVƏ OLUNUB 3 - Azərbaycanın BMT-də daimi nümayəndəsi)

Hadisə Materials 16 Mart 2009 20:47 (UTC +04:00)
Somalidə əsir götürülmüşlər arasında Azərbaycan vətəndaşı da var – FAO (ƏLAVƏ OLUNUB 3 - Azərbaycanın BMT-də daimi nümayəndəsi)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Rüstamov / Nyu-Yorkdan Azərbaycanın BMT-də daimi nümayəndəliyindən Trend -a bildiriblər ki, bazar ertəsi Somalidə girov götürülənlər arasında Azərbaycan vətəndaşı Mirağa Babayevdə var.

"Təffərrüatı ilə danışmaq istəmirəm. Çünki istənilən informasiya işə mane olar. Hazırda bütün lazımi tədbirlər görülür", - Azərbaycanın BMT-də daimi nümayəndəsi Aqşin Mehdiyev Trend -a bildirib.  

Bir müddət öncə İTAR-TASS agentliyinə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) mənzil-qərargahından bildirmişdilər ki, Somalidə girov götürülənlər arasında Azərbaycan vətəndaşı da var. "Onu deyə bilərəm ki, girov götürülənlər dörd nəfərdir. Onlardan biri Somali vətəndaşı, digər üç nəfəri isə beynəlxalq personaldandır", - Trend -a telefon bağlantısı zamanı FAO-nun nümayəndəsi Nayrobi Dovn Blalok bildirib.

Hadisə bu gün səhər Maqadşodan 200 km. cənubda yerləşən Vacid yaşayış məntəqəsində baş verib. Silahlılar Ümumdünya Ərzaq Proqramının və BMT-nin İnkişaf Proqramının əməkdaşlarının olduğu avtomobilə yerli aerodroma gedərkən hücum ediblər.

Bir müddət öncə yaraqlıların əlində Rusiya vətəndaşının olduğu etimal olunsa da, sonra bu xəbər Rusiyanın Keniyadakı səfirliyi tərəfindən təsdiqini tapmadı. 

"Hazırda bizdə girovların arasında Rusiya və ya MDB ölkələri vətəndaşının olması barədə heç bir rəsmi məlumat yoxdur", -   Trend -a telefon bağlantısı zamanı Nayrobidən Rusiyanın Keniyadakı səfirliyi yanında konsul şöbəsinin müdiri Armen Popov deyib. Diplomatın sözlərinə əsasən, rəsmi kanallarla sözügedən məsələ təsdiqini tapmayıb.

"Biz bu məsələyə aydınlıq gətirmək məqsədi ilə bir sıra addımlar atırıq. Hazırda hər hansı bir yenilik yoxdur", - Popov bildirib.  

Azərbaycanın FAO-da akreditə olunmuş İtaliyadakı səfirliyi bu məsələ ilə məşğul olur və girovların vətəndaşlığını aydınlaşdırmaq məqsədi ilə FAO ilə sıx əlaqə qurub.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti