Azərbaycan, Bakı, 19 may / Trend , müxbir K.Zərbalıyeva/
Bakının Nərimanov rayonunda çərşənbə axşamına keçən gecə yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Nərimanov rayon Yanğınla Mühafizə İdarəsindən Trend -a verilən məlumata görə, yanğin sondurulüb, xəsarət alanlar olmayıb. Lakin ev tamamilə yanıb.
Hazırda faktla bağlı araşdırma aparılır və yanğının səbəbləri araşdırılır.
Bakıda yaşayış evi tamamilə yanıb
