Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N.Kirsxaliya /
Bu gün səhər Qori şəhərinin sakinləri öz böyük həmyerliləri İosif Vissarionoviç Stalinin abidəsini təhqir olunmuş vəziyyətdə görüblər. Naməlum şəxslər gecə vaxtı "xalqın atası"nın heykəlini peyntbol üçün avtomatlardan atəşə tutublar. Heykəlin üz hissəsi qırmızı rəngə boyanıb.
Stalinin heykəlinin yuyulması işinə Qori yanğınsöndürən xidməti cəlb olunub.
Bu yaxınlarda bir neçə yerli gənc Stalinin heykəlinin şəhərin mərkəzi meydanından götürülməsi tələbi ilə çıxış ediblər. Bu tələb Gürcüstan hakimiyyətindən irəli gəlir, lakin Qori sakinlərinin əksəriyyəti özlərinin dünyada məşhur olan həmyerlilərinin abidəsini itirmək istəmirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]