...

İranda yol qəzasında 17 Pakistan vətəndaşı həlak olub

Hadisə Materials 10 Sentyabr 2009 17:13 (UTC +04:00)
17 Pakistan vətəndaşı İranın Təbriz-Zəncan magistral yolunda baş vermiş avtomobil qəzasında həlak olub. Məlumata əsasən, Pakistan vətəndaşları qanunsuz olaraq İran ərazisinə daxil olublar.
İranda yol qəzasında 17 Pakistan vətəndaşı həlak olub

17 Pakistan vətəndaşı İranın Təbriz-Zəncan magistral yolunda baş vermiş avtomobil qəzasında həlak olub. Pakistan vətəndaşları qanunsuz olaraq İran ərazisinə daxil olublar. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata əsasən, bu gecə saat 01:00 radələrində qanunsuz İrana daxil olmuş 24 Pakistan vətəndaşını daşıyan yük avtomobili Təbriz-Zəncan magistral yolunda körpü üzərindən aşıb. Hadisə nəticəsində sərnişinlərdən 17 nəfər həlak olub və 7 nəfər yaralanıb. Yaralılar Təbrizin İmam Rza xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Pakistan vətəndaşları Türkiyəyə keçərək Yunanıstana getmək niyyətində olublar.

Xəbər lenti

Xəbər lenti