Güclü yağış və dolu İranın Ərdəbil əyalətində nəqliyyatın hərəkətini iflic edib, yol təsərrüfatına, əkin sahələrinə və evlərə ciddi ziyan vurub. Bu barədə İran Televiziyasının rəsmi saytı məlumat yayıb.
Sel və daşqınlar nəticəsində Parsabad-Ərdəbil magistral yolu bir neçə saat bağlanıb, Ultan kəndində xeyli yaşayış yeri və Biləsuvar şəhərinin bəzi kəndlərində körpülər sıradan çıxıb. Yerli icra orqanları dəymiş ziyanı hesablayırlar. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Yağıntıların bu gecə və sabah da davam edəcəyi proqnozlaşdırılır.