...

Azərbaycanın cənub-qərbində yağan güclü yağışlar daşqına səbəb olub

Hadisə Materials 28 Sentyabr 2009 11:50 (UTC +04:00)
Trend News-un bölgə müxbirinin məlumatına görə, ötən gün axşam saatlarında Bərdədə başlayan güclü yağışlar rayona ciddi ziyan vurub. Tərtər çayında suyun səviyyəsinin artması çayda daşqın yaradıb. Çayın ətrafında yerləşən məcburi köçkünlərin məskunlaşdığı bir neçə ev dağılıb. Çay üzərində yerləşən dəmiryol körpüsü və avtomobil körpüsü də qəzalı vəziyyətə düşüb. Bərdə rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası vəziyyəti aradan qaldırmaq üçün əraziyə çoxlu sayda texnika cəlb etsə də, heç bir qabaqlayıcı tədbirlər görmək mümkün olmayıb. Bərdə rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Zamanov bildirib ki, son 30 ildə Tərtər çayında suyun səviyyəsi bu qədər müşahidə edilməyib. Ermənilər işğal olunmuş ərazidəki Sərsəng su anbarında çayın qarşısını açdığı üçün vəziyyət daha təhlükəli həddə çatıb.
Azərbaycanın cənub-qərbində yağan güclü yağışlar daşqına səbəb olub

Azərbaycan, Bərdə, 28 senytabr / Trend , müxbir Ş.Cəliloğlu / Azərbaycanın cənub-qərbində yağan güclü yağışlar daşqına səbəb olub.

Trend -un bölgə müxbirinin məlumatına görə, ötən gün axşam saatlarında Bərdədə başlayan güclü yağışlar rayona ciddi ziyan vurub. Tərtər çayında suyun səviyyəsinin artması çayda daşqın yaradıb. Çayın ətrafında yerləşən məcburi köçkünlərin məskunlaşdığı bir neçə ev dağılıb. Çay üzərində yerləşən dəmiryol körpüsü və avtomobil körpüsü də qəzalı vəziyyətə düşüb. Bərdə rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası vəziyyəti aradan qaldırmaq üçün əraziyə çoxlu sayda texnika cəlb etsə də, heç bir qabaqlayıcı tədbirlər görmək mümkün olmayıb. Bərdə rayon İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Yaşar Zamanov bildirib ki, son 30 ildə Tərtər çayında suyun səviyyəsi bu qədər müşahidə edilməyib. Ermənilər işğal olunmuş ərazidəki Sərsəng su anbarında çayın qarşısını açdığı üçün vəziyyət daha təhlükəli həddə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti