...

İranın Hörmuzqan şəhərində 3.6 bal gücündə yeraltı təkanlar qeydə alınıb

Hadisə Materials 29 Sentyabr 2009 12:27 (UTC +04:00)

Çərşənbə axşamı səhər İranın Hörmuzqan şəhərində 3.6 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Tehran vaxtı ilə 08:38-də Qeşm adasının 23 kilometrliyində baş verib.

İran televiziyasının rəsmi saytının məlumatına əsasən, daha bir yeraltılar təkanlar bu gün ölkənin Semnan və Gülüstan əyalətlərinin sərhəd zonasında yerləşən Kəlanə regionunda qeydə alınıb. Həmin regionda yeraltı təkanlar 4.3 bal gücündə Tehran vaxti ilə 10:02-də baş verib. Ölən, yaralanan və dağıntılar barədə hələ ki, məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti