Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir H.Bağlrov/ Azərbaycan paytaxtında azyaşlı oğlannı zorlan şəxs tutulub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsindən Trend -a verilən məlumata görə, nardaran qəsəbəsində yerləşən sahibsiz bağda Həmid adlı şəxs 2001-ci il təvəllüdlü Ə. S-ovla cinsi əlaqədə olub.
Azyaşlı oğlanın valideynləri baş vermiş hadisə ilə bağlı polisə şikayət ediblər. Aparılan araşdırmalar zamanı azyaşlı oğlanı zorlayan şəxs müəyyən edilərək tutulub. Məlumata görə, həmin şəxs Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həmid Məhəmməd oğlu Bəşirovdur.
Faktla bağlı Cinayət Məcəlləsinin təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək (150.3.3) maddəsi ilə cinayət işi başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]