...

2010-cu il yanvarın 1-də Azərbaycanda baş verən yol nəqliyyat hadisələri (YNH) bir neçə nəfərin həyatına son qoyub.

Hadisə Materials 4 Yanvar 2010 17:20 (UTC +04:00)
2010-cu il yanvarın 1-də Azərbaycanda baş verən yol nəqliyyat hadisələri (YNH) bir neçə nəfərin həyatına son qoyub.
2010-cu il yanvarın 1-də Azərbaycanda baş verən yol nəqliyyat hadisələri (YNH) bir neçə nəfərin həyatına son qoyub.

Azərbaycan, Bakı, 04 yanvar / Trend , müxbir M.Əliyev/

2010-cu il yanvarın 1-də Azərbaycanda baş verən yol nəqliyyat hadisələri (YNH) bir neçə nəfərin həyatına son qoyub.

Yanvarın biri səhər Bakının Suraxanı rayonu ərazisində, Xirdalan şəhər sakini Rövşən Rəhimovun idarə etdiyi "Mercedes" markalı avtomobil, Mərdəkan qəsəbəsinin sakini İlqar Məmmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.  İlqar Məmmədov hadisə yerindəcə həlak olub. Bu barədə bazar ertəsi, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən deyilib.

Elə həmin gün axşam, Azərbaycanın Dəvəçi raynunun Sincanboyad kəndi ərazisində, Şərur rayonu sakini Pərviz Məmmədovun idarə etdiyi VAZ-2101 markalı avtomobil aşıb. YNH zamanı sərnişinlərdən Xudat rayon sakini Xucixanım Buxsayeva xəstəxanada dünyasını dəyişib və Balaxanım Ağayeva xəstəxanaya yerləşdirilib. Sürücü Pərviz Məmmədov isə xəsarət alıb.

Bundan əlavə, həmin gün təxminən saat 21.30 radələrində Bakı sakini Rauf Mehdiyev kvadrosiklla Quba rayonundakı əyləncə mərkəzinin hasarı ilə toqquşub və hadisə yerindəcə dünyasını dəyişib.

Yanvarın biri günü, Siyəzən rayonunda yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşları VAZ-21010 markalı avtomobilin sürücüsü Dəyanət Əliyevi saxladığı zaman maşında sərnişin Əziz Əliyev ürək tutmasından vəfat edib.

Hadisələr ilə bağlı tədqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti