...

Azərbaycan paytaxtında yaşayış evində yanğın olub, bir nəfər ölüb

Hadisə Materials 19 Yanvar 2010 14:56 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend News-a verilən məlumata görə, yanvarın 19-da saat 05.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbə sakini Rza Quliyevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib.
Azərbaycan paytaxtında yaşayış evində yanğın olub, bir nəfər ölüb

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın paytaxtında yaşayış evində yanğın zamanı bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend -a verilən məlumata görə, yanvarın 19-da saat 05.00 radələrində Sabunçu rayonu Maştağa qəsəbə sakini Rza Quliyevə məxsus 1 mərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Mənzildən Quliyevin yanmış meyiti tapılıb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Siyəzən rayonunda baş vermiş yanğında isə bir nəfər xəsarət alıb. Rayonun Mikayıl Müşfiq küçəsində yaşayan Əjdər Hüseynova məxsus 2 otaqlı evdə yanğın baş verib. Nəticədə 25 kvadratmetr sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Hüseynovun qızı Nigar isə yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti