Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanın şimalında yerləşən Quba rayonunda uşaq bağçası yanıb.
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Quba rayonu Qonaqkənd kəndində Təhsil Nazirliyinə məxsus uşaq bağçasının yerləşdiyi ümumi sahəsi 240 kvadtratmetr olan ikimərtəbəli binanın yanar konstruksiyaları və içərisindəki əşyalar ümumilikdə 120 kvadratmetr sahədə yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Xəsarət və ölüm faktı qeydə alınmayıb.