...

Gürcüstanın Sadaxlı kəndində ermənilər azərbaycanlını oğurlayıb

Hadisə Materials 22 Yanvar 2010 17:16 (UTC +04:00)
Gürcüstanın Sadaxlı kəndində bir azərbaycanlı ermənilər tərəfindən oğurlanıb.
Gürcüstanın Sadaxlı kəndində ermənilər azərbaycanlını oğurlayıb

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir M.Əliyev/

Gürcüstanın Sadaxlı kəndində bir azərbaycanlı ermənilər tərəfindən oğurlanıb.

Sadaxlı kənd sakini Sayad Mehdiyevin Trend News-a verdiyi məlumata görə, dünən gecə saat 01.00 radələrində Nayibov Valeh adlı şəxs itmiş heyvanının axtarışına çıxarkən ermənilərlə qarşılaşıb. Nayibovu aparan ermənilər bir-neçə saat sorğu-sual etdikdən sonra səhərə yaxın onu buraxıblar.

Mehdiyev ermənilərin suallarının nədən ibarət olduğunu açıqlaya bilməyib.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti