...

Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təcili yardıma müraciət edənlərin sayı artıb

Hadisə Materials 5 Fevral 2010 13:10 (UTC +04:00)
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev cümə günü Trend News-a bildirib ki, bu gün saat 12:00-a qədər 4 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bakıda qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təcili yardıma müraciət edənlərin sayı artıb

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təcili yardıma müraciət edənlərin sayı artıb.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev cümə günü Trend -a bildirib ki, bu gün saat 12:00-a qədər 4 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Onlardan 3-ü yüngül xəsarətlərlə xəstəxanalara yerləşdirlib.

Fevralın 4-dən 5-nə keçən gecə Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakıda güclü qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-ə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti