Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycan paytaxtında qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar son iki gün ərzində 21 nəfər təcili yardıma müraciət edib.
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev şənbə günü Trend -a bildirib ki, müraciət edənlərin xəsarətlərləri yüngül xarakterlidir və lazımi yardım göstərilib.
Fevralın 4-dən 5-nə keçən gecədən başlayaraq Azərbaycanın əksər ərazilərində, o cümlədən Bakıda güclü qar yağmağa başlayıb. Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib ki, Azərbaycanda buzlu və anomal hava şəraiti fevralın 8-ə kimi davam edəcək.