...

Azərbaycanın qərbində hərbçilərin olduğu avtomobil qəza törədib - 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 19 May 2010 10:52 (UTC +04:00)
Ağstafa Rayon Prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün səhər saat 07:40 radələrində Ağstafa - Qazax yolunun Ağstafa rayonu ərazisinə düşən hissəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin leytenantı Şahin İslamov idarə etdiyi şəxsi "VAZ 2107" markalı avtomobillə qəza törədib. Məlumata görə, İslamovun idarə etdiyi avtomobilin təkəri yolda partlayıb və avtomobil yoldan çıxaraq aşıb.
Azərbaycanın qərbində hərbçilərin olduğu avtomobil qəza törədib - 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın qərbində hərbçilərin olduğu avtomobil qəza törədib.

Ağstafa Rayon Prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, bu gün səhər saat 07:40 radələrində Ağstafa - Qazax yolunun Ağstafa rayonu ərazisinə düşən hissəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin leytenantı Şahin İslamov idarə etdiyi şəxsi "VAZ 2107" markalı avtomobillə qəza törədib. Məlumata görə, İslamovun idarə etdiyi avtomobilin təkəri yolda partlayıb və avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü həlak olub, avtomobildəki 4 sərnişin, həmin hərbi hissənin gizirləri müxtəlif dərərcəli bədən xəsarətləri alıb və rayon xəstəxanasına yerləşdiriliblər.

Prokurorluqdan bildirilib ki, faktla bağlı Qazax Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti