...

Azərbaycanın Gədəbəy rayonunda torpaq sürüşməsinə meyilli ərazilərdə aktivlik yaranıb, əhali köçürülüb - FHN

Hadisə Materials 19 İyun 2010 14:08 (UTC +04:00)
Nəticədə, Əyrivəng kəndində 6, Şahdağ kəndində isə 17 fərdi yaşayış evi aktiv sürüşmə zolağına düşüb.
Azərbaycanın Gədəbəy rayonunda torpaq sürüşməsinə meyilli ərazilərdə aktivlik yaranıb, əhali köçürülüb - FHN

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Gədəbəy rayonunda torpaq sürüşməsinə meyilli ərazilərdə aktivlik yaranıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının şənbə günü yaydığı məlumata görə, Gədəbəyin Əyrivəng və Şahdağ kəndlərində torpaq sürüşməsinə meyilli ərazilər iyunun 17-18-də yağıntılar nəticəsində fəallaşıb.

Nəticədə, Əyrivəng kəndində 6, Şahdağ kəndində isə 17 fərdi yaşayış evi aktiv sürüşmə zolağına düşüb.

Əyrivəng kəndində təhlükəli ərazidə yerləşən 4 fərdi evin sakinləri həmin ərazidən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti