...

Bakının Binəqədi rayonunda yanğın baş verib

Hadisə Materials 16 İyul 2010 00:57 (UTC +04:00)
Bakının Binəqədi rayonunda, Həmzə Babaşov küçəsindəki yarımçıq qalan binada güclü yanğın baş verib.
Bakının Binəqədi rayonunda yanğın baş verib

Azərbaycan, Bakı, 16 iyul /Trend, R.Daraxşan/

Bakının Binəqədi rayonunda, Həmzə Babaşov küçəsindəki yarımçıq qalan binada güclü yanğın baş verib. Bu barədə Trend-ə Binəqədi Rayon Polis Idarəsinin yeddinci polis bölməsindən məlumat verilib.

Yanğın baş verən binada məcburı köçkünlər yaşayırdı.

Yanğın nəticəsində həlak olan və xəsarət alan yoxdur.

Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüblər.

Xəbər lenti

Xəbər lenti