...

Heydər Əliyev adına Neft Emalı Zavodunda baş vermiş yanğın söndürülüb - ARDNŞ (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 26 İyul 2010 15:29 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisində baş vermiş yanğın tam söndürülüb. Bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.
Heydər Əliyev adına Neft Emalı Zavodunda baş vermiş yanğın söndürülüb - ARDNŞ (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/

RED. əlavəsi: 3-cü abzasdan sonra Fövqəladə Hallar Nazirliyinin məlumatı əlavə olunub

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisində baş vermiş yanğın tam söndürülüb. Bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.

Yanğın zavodun 140 saylı çənində baş verib. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Dərhal qərargah yaradılıb və alovun söndürülməsi üzrə işlərə başlanılıb.

Hazırda FHN-in qüvvələri ətrafdakı çənlərin soyudulması prosesini və yanğından təhlükəsizlik tədbirlərini davam etdirirlər.

Fövqəladə Hallar Nazirliyinin bazar ertəsi yaydığı məlumata görə, bu gün saat 11:06-da Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 7 nömrəli sexində içərisində 1000 kubmetr benzin olan çəndə yanğın baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumların 40-a qədər texnikası və 250 nəfər şəxsi heyəti hadisə yerinə cəlb olunub.

Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yaxınlıqdakı digər çənlər və zavodun istehsal sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Hazırda soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri araşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti