...

Azərbaycanın Şabran rayonunda dövlət meşə fonduna məxsus 5 ha ərazi yanıb - FHN

Hadisə Materials 2 Avqust 2010 16:10 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının bazar ertəsi yaydığı məlumata görə, Şabran rayonu, Zeyvə kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus dövlət meşə fondunun ərazisində 5 ha sahədə kol-kos və ağaclar yanıb.
Azərbaycanın Şabran rayonunda dövlət meşə fonduna məxsus 5 ha ərazi yanıb - FHN

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Şabran rayonunda dövlət meşə fonduna məxsus 5 hektar ərazi yanıb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının bazar ertəsi yaydığı məlumata görə, Şabran rayonu, Zeyvə kəndində (rayon mərkəzindən 30 km aralı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus dövlət meşə fondunun ərazisində 5 ha sahədə kol-kos və ağaclar yanıb.

Meşə fondunun qalan ərazisi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti