Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakının Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında uçqun olub.
Fövqəladə Hallar Nazirliyinin internet-saytının bazar ertəsi yaydığı məlumata görə, köhnə ikimərtəbəli yaşayış binasının dam örtüyü, təxminən, 4-5 kv.m sahədə uçub.
Dağıntılar altında qalan və ya köməyə ehtiyacı olan yoxdur. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.