Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildiriblər ki, avqustun 11-i saat 00:15 radələrində Şəhər şosesi - 11-in qarşısında İbrahim Kərimovun idarə etdiyi "Tofaş", Aslan İbiquluzadənin idarə etdiyi "VAZ-2107" və Həsən İmamverdiyevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə, İmamverdiyev və İbiquluzadə hadisə yerində ölüb, Kərimov isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.