Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir P.Əliyeva/
Cümə günü Azərbaycanın Lənkəran rayonunda yanacaqdoldurma stansiyasında partlayış baş verib.
Partlayış "Diqaz" YDS-də yük avtomobilindən qazın boşaldılması zamanı ehtiyatsızlıq üzündən baş verib. Hadisə nəticəsində stansiyanın dörd işçisi yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralıların hamısı Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Partlayış nəticəsində yaxınlıqdakı binaların fasadı zədələnib, şüşələr sınıb.
Hüquq-mühafizə orqanları baş vermiş insidenti araşdırırlar.
Lənkəran rayonu Azərbaycan paytaxtından 270 kilometr cənubda yerləşir.