...

Bakıda yol qəzası baş verib, yaralananlar var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Sentyabr 2010 18:09 (UTC +04:00)
Çərşənbə günü Bakıda yol qəzası baş verib, yaralananlar var.
Bakıda yol qəzası baş verib, yaralananlar var (ƏLAVƏ OLUNUB)

RED. əlav.: sonuncu abzasda xəsarət alanlar haqqında məlumat əlavə olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Çərşənbə günü Bakıda yol qəzası baş verib, yaralananlar var.

Bu gün təxminən saat 16:00 radələrində 171 saylı sərnişin avtobusu Bakının Suraxanı rayonu ərazisində magistral yolun kənarında dayanmış "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev məlumat verib.

Fakt üzrə araşdırma aparılır.

"Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarət alıb", - Hənifəyev deyib. Onun sözlərinə görə, qəzaya səbəb avtobus sürücüsünün sürəti artırması olub.

Xəbər lenti

Xəbər lenti