...

Azərbaycanda narkotikləri poçt bağlamalarında keçirdən narkoqaçaqmalçılar həbs olunub

Hadisə Materials 23 Oktyabr 2010 21:55 (UTC +04:00)
Azərbaycanda narkotiklərin poçt bağlamalarında keçirilməsinə cəhd edən transmilli narkokanalın təşkilatçıları həbs olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin saytındakı məlumatda bildirilir.
Azərbaycanda narkotikləri poçt bağlamalarında keçirdən narkoqaçaqmalçılar həbs olunub

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Azərbaycanda narkotiklərin poçt bağlamalarında keçirilməsinə cəhd edən transmilli narkokanalın təşkilatçıları həbs olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin saytındakı məlumatda bildirilir.

Məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 17 iyul 2010-cu il tarixdən 17 sentyabr 2010-cu il tarixədək olan müddət ərzində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində beynəlxalq poçt göndərişləri vasitəsilə Kanada, İsveç və Yunanıstana göndərilməsi nəzərdə tutulmuş, gömrük nəzarətinin çətinləşdirilməsi məqsədilə narkoqaçaqmalçılar tərəfindən xüsusi hazırlanmış 24 ədəd poçt bağlamalarından və bu narkokanalın təşkilatçıları olan şəxslərin yaşadığı ünvanlardan 17 fakt üzrə 27 kq 981 qramı tiryək, 10 kq 157 qramı heroin olmaqla, ümumi çəkisi 38 kq 138 qram narkotik vasitə və 1 ədəd PSM sistemli "Makarov" tipli odlu silah, eləcə də cinayətin hazırlanması üçün istifadə olunan müxtəlif alət və vasitələr aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan narkokanalın təşkilatçıları və transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran İslam Respublikasının vətəndaşı Mostafavi Ezzataddin Mosleh oğlu və Azərbaycan Respublikasının vətəndaşı Cəfərov Elçin Teyfuq oğlu həbs olunmuşdur.

Qeyd olunan faktlar üzrə Mostafavi Ezzataddin Mosleh oğlu və Cəfərov Elçin Teyfuq oğlunun qanunsuz əməlləri ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "qaçaqmalçılıq" və "qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma" maddələri ilə cinayət işi başlanılmışdir.

Xəbər lenti

Xəbər lenti