Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Saatlı rayonunda kənd sakini odlu silahla qətlə yetirilib.
Saatlı rayon prokurorluğundan bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 18-də rayonun Qarayev kəndi yaxınlığındakı çöllük ərazidə qoyun otaran kənd sakini, 14 yaşlı Elxan Ağayev həmkəndlisi Sakin Allahyarovun əlində olan ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Faktla bağlı rayon prokurorluğunda təhqiqat aparılır.
Qətlin qəsdən, yaxud ehtiyatsızlıqdan baş verdiyi araşdırılır.