...

Moskva aeroportunda 14,5 milyon dollar və 4 milyon avro ilə Azərbaycan və İran vətəndaşları saxlanılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 20 Dekabr 2010 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

İkinci abzasdan sonra təfərrüatlar əlavə olunub.

Vnukovo gömrükçüləri İstanbuldan gələn üç Azərbaycan və bir İran vətəndaşını RF-yə çamadan və rüqzaqlarda 14,5 milyon dollar və 4 milyon avro məbləğində pul keçirməyə cəhd edərkən saxlayıblar. Bu barədə bazar ertəsi  FGX "RİA Novosti"yə istinadən xəbər verib.

Hadisə dekabrın 16-da baş verib. İstintaq şöbəsi tərəfindən tutulan şəxslər barəsində qaçaqmalçılıq maddəsi üzrə dörd cinayət işi açılıb ki, bu da beş ilədək azadlıqdan məhrum olmanı nəzərdə tutur.

"Vətəndaşlar dörd çamadan və dörd rüqzaqda RF ərazisinə ümumilikdə 14,5 milyon dollar və 4 milyon avro keçirməyə çalışıblar və bu zaman valyutaları müəyyən edilmiş qaydada rəsmən elan etməyiblər", - məlumatda deyilir.

Məlumatda götürülən pulların mənşəyi və təyinatı, eləcə də əcnəbilərin getdikləri son məntəqə göstərilmir.

FGX-nin məlumatına görə, ümumilikdə, cari ildə Vnukovo gömrük nəzarəti zonasında gömrük yoxlamaları zamanı 75 milyon rubldan artıq məbləğdə 382 valyuta qanunvericiliyi pozuntusunun qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti